Bakıda avtomobil yolu keçən qadını vuraraq öldürüb
Qəzalar 12 Sentyabr 2019 14:18 151 dəfə oxunub
Bakıda avtomobil yolu keçən qadını vuraraq öldürüb
Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 11-də saat 8 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini E.Vəliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Pərvanə Şahbazovanı vurub. Qadın xəstəxanaya aparılarkən yolda ölüb.

Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh