Bəzi sürücülər daha çox həkim müayinəsindən keçməli olacaqlar

Qaydalar 12 Sentyabr 2019 14:18 Oxunub 1205
Bəzi sürücülər daha çox həkim müayinəsindən keçməli olacaqlar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bununla bağlı dəyişikliklər edilib

Azərbaycanda yerüstü nəqliyyatı idarə edən bəzi sürücülər üçün icbari formada keçirilən həkim müayinələrinin sayı artırılıb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bununla əlaqədar Səhiyyə Nazirliyi Kollegiyası “İşçilərin icbari tibbi müayinələrinin keçirilməsi tələb olunan işlərin siyahısı”nda dəyişikliklər edilib.

Bu dəyişikliyə uyğun olaraq, yerüstü nəqliyyatın idarə olunması ilə əlaqədar işlərdə çalışan şəxs 18 yaşından aşağı olduqda 2 ildə bir dəfə terapevt nevropatoloq, cərrah, psixiatr, narkoloq, endokrinoloq qəbulu ilə yanaşı, pediatr qəbulundan da keçməli olacaq.

Qərara edilmiş digər dəyişikliklə yerüstü nəqliyyatın idarə olunması ilə əlaqədar işlərdə çalışan və “C”, “C1”, “CE” və “C1E”, “D”, D1”, “DE” və “D1E kateqoriyası üzrə işləyənlər sadalananlarla yanaşı, 2 ildə bir dəfə oftalmoloq, otorinolarinqoloq müayinəsindən keçəcəklər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh