Məşhur şirkətə məxsus yük qatarı relsdən çıxaraq aşdı: azı 10 vaqon yanıb - VİDEO
Qəzalar 12 Sentyabr 2019 14:47 215 dəfə oxunub
Məşhur şirkətə məxsus yük qatarı relsdən çıxaraq aşdı: azı 10 vaqon yanıb - VİDEO
Hadisə zamanı xəsarət alan olmayıb

ABŞ-ın İllinoys ştatında yük qatarı qəzaya uğrayıb. Avtosfer.az “NBC news”a istinadən xəbər verir ki, qəza Sent-Luis şəhəri yaxınlığında baş verib.

Məlumata görə, metilizobutilketon (tez alışan maye) maddə daşıyan qatar naməlum səbəblərdən relsdən çıxaraq aşıb və yanmağa başlayıb.

Bildirilir ki, qatar “Union Pacific” şirkətinə məxsus olub. Əraziyə yanğınsöndürmə, polis və xilasetmə briqadaları cəlb olunub.

Ətraf mühitin çirklənməsi təhlükəsi səbəbindən yerli sakinlər təxliyə edilib. İnsidentlə bağlı araşdırma aparılır.

Hadisə zamanı xəsarət alan olmayıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh