“KİA” ilə toqquşan motosikletli havada "uçdu": kaskası sayəsində sağ qaldı - VİDEO
Avtosfer TV 12 Sentyabr 2019 15:38 488 dəfə oxunub
“KİA” ilə toqquşan motosikletli havada "uçdu": kaskası sayəsində sağ qaldı - VİDEO
O, bəninin müxtəlif yerlərindən qırıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib

Rusiyanın Samara əyalətində ağır yol qəzasına düşən motosikletli sağ qalıb. Avtosfer.az “Life.ru”ya istinadən xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkədə yayımlanıb.

Kadrlarda, yüksək sürətlə hərəkət edən motosikletli, ona yol verməli olan “Kia Sportage” markalı  minik avtomobili ilə toqquşduğu görülür. Qəzanın şiddətində motosikletli havada "uçaraq” yerə çırpılır.

Xoşbəxtlikdən motosikletli qəzadan kaskası sayəsində ölümdən xilas olub. O, bəninin müxtəlif yerlərindən qırıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh