Avtopilot rejimli “Mercedes-Benz S-Class” sedanı - FOTO

Avtoxəbər 12 Sentyabr 2019 16:52 Oxunub 1471
Avtopilot rejimli “Mercedes-Benz S-Class” sedanı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yeni maşının dünya premyerası 2020-ci ildə baş tutacaq

Yeni nəsil “Mercedes-Benz S-Class” sedanı avtonom idarəetmə sistemi alacaq. Avtosfer.az “Motor1” saytına istinadən xəbər verir ki, bu barədə Daimler konsernin idarə heyətinin sədri Ola Kallenius məlumat verib.

Top-menecer bildirib ki, yeni nəsil model, 3-cü səviyyəli avtopilot rejimlə təchiz edilən ilk brend avtomobil olacaq. Yeni maşının dünya premyerası 2020-ci ildə baş tutacaq.

“Mercedes-Benz S-Class” indiki buraxılan modellərdən ciddi şəkildə fərqlənəcək.

Avtomobil, fərqli radiator barmaqlıq, led matrisa faralar və geri çəkilə bilən qapı tutacaqlar ilə təmin olunacaq.

“Mercedes-Benz S-Class”ın salonunda rəqəmsal alətli tablo və mərkəzi konsolda böyük düzbucaqlı ekran görünəcək, “Tesla” modelindəki kimi.

Avropaya, həm ənənəvi daxili yanma mühərrikli, həm də hibrid mühərrikli avtomobil təklif ediləcəyi gözlənilir.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh