Sərnişin qatarı relsdən çıxaraq aşdı: azı 50 ölü, 23 yaralı
Qəzalar 12 Sentyabr 2019 17:38 210 dəfə oxunub
Sərnişin qatarı relsdən çıxaraq aşdı: azı 50 ölü, 23 yaralı
Əraziyə xeyli sayda xilasetmə, səhiyyə və polis briqadaları cəlb edilib

Konqo Demokratik Respublikasının cənub–şərqində sərnişin qatarı relsdən çıxaraq aşıb. Avtosfer.az “İndependent.co.uk” istinadən xəbər verir ki, hadisə yerli saatla səhər 3 radələrində Tanqanika əyalətinin Maybaridi şəhərində baş verib.

Humanitar İşlər naziri Steve Mbikayi, azı 50 nəfərin öldüyünü, 23 nəfərin xəsarət aldığını və vaqonların altında insanların qaldığını bildirib. Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil. Əraziyə xeyli sayda xilasetmə, səhiyyə və polis briqadaları cəlb edilib.

Hökumət nümayəndəsi ölənlərin artacağını istisna etməyib. 

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad
E-mail
Şərh