Dörd qapılı "Mercedes-AMG GT 4-Door Coupé" indi Azərbaycanda - FOTO

Avtodünya 12 Sentyabr 2019 17:50 Oxunub 3466
Dörd qapılı "Mercedes-AMG GT 4-Door Coupé" indi Azərbaycanda - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Alıcılar üçün xüsusi imkanlar yaradır

Unikal dizayn, maksimal rahatlıq və dördqapılı Fastback yığımlı fenomenal idman texnikası modelin fərqləndirici xüsusiyyətləridir.

AMG GT ailəsinə dördqapılı kupenin əlavə edilməsi, Mercedes-AMG avtomobilinin unikal imkanlarını özündə ehtiva edən gündəlik avtomobil axtarışında olan alıcılar üçün xüsusi imkanlar yaradır.

 

Tamamilə yeni Mercedes-AMG GT 4-Door Coupé saatda 315 km qədər sürətlənir. Müasir güclü V6 və V8 mühərrikləri 435 at gücündən 639 at gücünədək inkişaf etdirə bilir; yüksək performans göstəricilərinə baxmayaraq, aqreqatlar əla effektivlik nümayiş etdirir, belə ki, yanacaq sərfiyyatı orta hesabla 9,1 – 11,2 l/100 km, atmosferə CO2 emissiyası isə 209-256 q/km təşkil edir.


Tamamilə yeni Mercedes-AMG GT 4-Door Coupé idman avtomobilləri ailəsini tamamlayır. Burada oturacaqların ikinci cərgəsi kifayət qədər genişdir, ön hissənin tərtibatı isə mükəmməldir.

 

Sifariş üçün Azərbaycanda “Mercedes-Benz” rəsmi diler şəbəkəsinə müraciət etməyiniz xahiş olunur:

Autostar Kaukasus

Telefon.: (+99412) 496-50-50 / (+99412) 976-50-50

Abşeron Avtomobil Mərkəzi

Telefon.: (+99412) 347-78-00

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh