Yol polisi Mingəçevirdə qabaqlayıcı tədbirlər həyata keçirib - FOTO

Yol polisi 12 Sentyabr 2019 20:11 Oxunub 1214
Yol polisi Mingəçevirdə qabaqlayıcı tədbirlər həyata keçirib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nəqliyyatın sıx olduğu təhsil müəssisələrinin yaxınlığında isə yeni zolaqlar salınıb

Mingəçevirdə yol polisi qabaqlayıcı tədbirlər həyata keçirib. DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, yeni tədris ilinin başlanması ilə əlaqədar baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin və BDYPİ-nin “Siqnal” idarəsinin əməkdaşları tərəfindən şəhər ərazisində 8 istiqamətdə köhnə piyada keçidi nişanları müasir işıqlandırma imkanlarına malik günəş panelli nişanlarla əvəzlənib, 35-dən artıq piyada keçidi rənglənib. Nəqliyyatın sıx olduğu təhsil müəssisələrinin yaxınlığında isə yeni zolaqlar salınıb.

 

Namiq

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh