Bərdədə məcburi köçkünün mənzilindən oğurluq edilib
Gündəm 12 Sentyabr 2019 20:36 289 dəfə oxunub
Bərdədə məcburi köçkünün mənzilindən oğurluq edilib
Faktla bağlı araşdırmalar davam etdirilir

Bərdədə məcburi köçkünün yaşadığı mənzildən oğurluq edən şəxs saxlanılıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, Xocavənd Rayon Polis Şöbəsinə məcburi köçkünlər üçün salınmış qəsəbədəki mənzillərin birindən oğurluq olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar müvafiq tədbirlər görülüb, hadisə yerinə baxış keçirilib. Həmin mənzildən 350 manat dəyərində 1 ədəd su qızdırıcısının oğurlandığı müəyyən edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum edilmiş Razin Cəfərov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh