Vilayət Eyvazov Emin Zeynalova vəzifə verdi
Gündəm 12 Sentyabr 2019 21:28 2181 dəfə oxunub
Vilayət Eyvazov Emin Zeynalova vəzifə verdi
Xəbəri Suraxanı Rayon Polis İdraəsindən təsdiqləyiblər

Daxili İşlər orqanlarında növbəti təyinat olub. Anews.az-ın əldə etdiyi məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə, polis polkovnik-leytenantı Emin Zeynalov Suraxanı rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi bölməsinin rəisi təyin olunub.

Xəbəri Suraxanı Rayon Polis İdraəsindən Unikal.org-a təsdiqləyiblər.

Qeyd edək ki, Suraxanı rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi bölməsinin keçmiş rəisi, polis polkovnik-leytenantı Faiq Hüseynov bir müddət öncə , Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə, vəzifəsindən azad edilərək Xızı RPŞ-nin rəisi təyin olunub.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh