“Mercedes” Okonu uzaqlaşdırmağı planlaşdırır

Avtoxəbər 13 Sentyabr 2019 00:04 Oxunub 1972
“Mercedes” Okonu uzaqlaşdırmağı planlaşdırır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
2019-cu il mövsümünü Okon "Mercedes"in ehtiyat pilotu statusunda keçirir

"Mercedes"in rəhbəri Toto Volf Esteban Okonu komanda ilə işlərdən tədricən uzaqlaşdırmağı planlaşdırır. Xatırladaq ki, gələn mövsümdən Okon ikiillik müqavilə bağladığı "Renault" komandasına keçir.

Avtosfer.Az AZƏRTAC-a istinadən bildirir ki, "GPBlog" Toto Volfun bu sözlərini sitat gətirir: "Biz ötən həftə Estebanla onun "Mercedes"dəki vəzifəsində nə vaxtadək qalacağını müzakirə etdik. Mən ona dedim ki, o, komandada nə qədər çox qalsa, özü ilə bir o qədər çox məlumat aparacaq. O, bununla razılaşdı. O, simulyatorda işləyir. Bu, bolidin inkişafında mühüm rol oynayır. Lakin Esteban gələcəyə, gələn ilin bolidinə və digər vəziyyətlərə aid olan görüşlərdə getdikcə daha az iştirak edəcək".

2019-cu il mövsümünü Okon "Mercedes"in ehtiyat pilotu statusunda keçirir. Bu, ötən mövsümün sonunda onun "Force India"/"Racing Point" komandasındakı yerindən məhrum edildikdən sonra baş verib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh