Bakı-Sumqayıt marşurutlarının sayı artırılır

Yeniliklər 13 Sentyabr 2019 13:39 Oxunub 1134
 Bakı-Sumqayıt marşurutlarının sayı artırılır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Daşıyıcı şirkətlərlə görüş keçirilib və avtobusların sayının artırılması üçün xüsusi tapşırıq verilib

Yeni tədris ilinin başlaması ilə əlaqədar olaraq, sentyabrın 15-dən etibarən Bakı-Sumqayıt, Bakı-Xırdalan istiqamətində hərəkət edən marşrut xətlərində avtobusların sayı artırılacaq. Avtosfer.az  xəbər verir ki, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sözçüsü Nuridə Allahyarova deyib. Avtobusların sayının artırılmasında əsas məqsəd dərs ilinin başlaması ilə bağlı olaraq, tələbə və şagirdləri təhsil ocaqlarına vaxtında çatdırmaq və sıxlığın artmasının qarşısını almaqdır. Bu səbəbdən də daşıyıcı şirkətlərlə görüş keçirilib və avtobusların sayının artırılması üçün xüsusi tapşırıq verilib.

Əsasən 596, 535 və 523 saylı marşrut xətlərinə tələbat çox oluğundan, həmin istiqamətlərdə avtobusların artırılmasına dair tələb qoyulub.

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh