Bakıda restoran yolun kənarını “zəncirləyib” – FOTO

Xəbərlər 13 Sentyabr 2019 13:42 Oxunub 1648
Bakıda restoran yolun kənarını “zəncirləyib” – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qanunsuz parkinq yaratma ilə bağlı BNA-ya müraciət edilib

Bakının Nəsimi rayonu, Möhsün Sənani küçəsi 106 ünvanında yerləşən "Balcony–Family rooms" adlı restoranın sahibi obyektin önündəki piyada səkisini və parkinqi zəncirləyib. Avtosfer.az xəbər verir ki, qanunsuz olaraq hərəkətin məhdudlaşdırıldığı bu ərazi 1 saylı ASAN Xidmətin arxasındakı küçədir. ASAN xidmətə gələn və restoranın yerləşdiyi binanın sakinləri avtomobilləri bu zəncirlənmiş ərazinin önündə saxlamağa məcbur olur. Çünki hətta gecələr də ərazi boş olsa belə qarovulçular zənciri açmır, müdirin belə tapşırıq verdiyini bildirirlər.
Qanunsuzluqla bağlı Bakı Nəqliyyat Agentliyinə müraciət edilib, nəticəsi barədə saytımızda məlumat veriləcək.

 

Fuad

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh