Avtomobili binanın qarşısında park edib evə getdi: qayıdanda şoka düşdü - VİDEO

Avtosfer TV 14 Sentyabr 2019 13:42 Oxunub 2697
Avtomobili binanın qarşısında park edib evə getdi: qayıdanda şoka düşdü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə yerinə gələn əməkdaşlar yanğını az vaxtda ram edə biliblər

İstanbulda avtomobil yanaraq külə dönüb. Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, insident cümə axşamı yerli saatla 18.30 radələrində Tuzla rayonunun Aydıntəpə məhəlləsində baş verib.

Məlumata görə, binanın qarşsısına park edilmiş avtomobil naməlum səbəblərdən mühərrik hissəsindən yanmağa başlayıb. Birdən-birə alovlanan avtomobil qısa müddət ərzində yanğına təslim olub.

Ərazidə olan vətəndaşlar dərhal yanğınsöndürmə briqadalarına zəng vurublar. Hadisə yerinə gələn əməkdaşlar yanğını az vaxtda ram edə biliblər. Lakin, bu avtomobili xilas etməyə kömək olmayıb. Maşın yanaraq yarasız vəziyyətə düşüb.

Həmin anların görüntüləri bir məhəlləli şəxs tərəfindən mobil telefon vasitəsilə qeydə alınıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh