Güclü külək binanın divarını uçurtdu: kərpiclər qadının başına düşdü - VİDEO

Avtosfer TV 14 Sentyabr 2019 12:14 Oxunub 1246
Güclü külək binanın divarını uçurtdu: kərpiclər qadının başına düşdü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ağır xəsarətlər alan qadın “təcil tibbi yardım” maşını ilə xəstəxanaya çatdırılıb

İstanbulda, binadan üzərinə kərpiclər düşən qadın ağır yaralanıb. Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Əsənyurd rayonunda qeydə alınıb. İddiaya görə, inşaatı davam edən 4 qatlı binanın son mərtəbəsində, işçilər tərəfindən hörülmüş kərpic divar əsən güclü külək səbəbindən aşıb. Bu zaman yoldan keçən uşaqlı qadınlar qəzadan son anda xilas olublar. Lakin onların arxası ilə gələn qadının bəxti o qədərdə  gətirməyib. Aşan kərpiclər qadının üzərinə düşüb. Ağır xəsarətlər alan qadın “təcil tibbi yardım” maşını ilə xəstəxanaya çatdırılıb.

İnsidentin kadrları təhlükəsizlik kamerası tərəfindən anbaan qeydə alınıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh