Bu küçədə sürücülərə tələ qurublar - XƏBƏRDARLIQ

Xəbərlər 29 Aprel 2015 17:20 Oxunub 16120
Bu küçədə sürücülərə tələ qurublar - XƏBƏRDARLIQ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Burada DYP rəisinin və onun müavininin maşınını ötənləri «avtoş» adı ilə saxlayırlar

Bakının Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsindən narazı qalan sürücülərin sayı çoxdur. Onlardan bir neçəsi sosial şəbəkələrdə bununla bağlı digər sürücülərə müraciət də ünvanlayıblar. Vəli Quliyev adlı sürücü yazır ki, hər gün axşam saatlarında ağ rəncli, dövlət nömrə nişanının rəqəmləri 019 olan «Prado» markalı avtomobil Rəşid Behbudov küçəsində digər nəqliyyat vasitələrini ötür, qarşısını kəsir və başqa əməllərə əl atır. «Onu keçmək istəyənləri isə həmin küçədəki sonuncu svetoforda YPX ve PPX maşınları gözləyir YPX maşının nömrəsi 10-YP-530-dur. Mahını saxlayıb, göndərirlər cerimə meydançasına, adını da qoyurlar ki, avtoxuliqanlıq etmisən. Söhbəti yerində bağlamaq üçün 500-600 manat istəyirlər. Bu küçədən muğayət olun. Belə əməllərlə əvvəllər «Mercedes C-class» markalı, 90-LH-119 dövlət nömrə nişanlı və «Toyota Corolla» markalı, 90 FO 553 dövlət nömrə nişanlı avtomobillərlə məşğul olurdular. İndi ancaq 019 nömrəli «Prado» qalıb».

Amid Suleymanov adlı facebook istifadəçisi isə yazıb ki, «Toyota» markalı, 90-FO-553 dövlət nömrə nişanlı avtomobil Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Taləddin Axundovun şəxsi maşınıdır.

Ağasif Şakiroğlu adlı şəxs isə qeyd edib ki, 019 nömrəli «Prado» Taləddin Axundovun müavini, polis baş leytenantı Rəşad Quliyevə məxsusdur».

Odur ki, əziz sürücülər, Nəsimi rayonu ərazisində, xüsusən də Rəşid Behbudov küçəsində ehtiyyatlı olun!

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh