Kənan MM davam edir: "40 qəpik marketə, 20 manat isə BNA-ya" - FOTO

Qaydalar 14 Sentyabr 2019 10:10 Oxunub 4141
Kənan MM davam edir: "40 qəpik marketə, 20 manat isə BNA-ya" - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Rejissor bu barədə sosial şəbəkə hesabında yazıb

Rejissor Kənan Mahmudov (Kənan MM) Bakı Nəqliyyat Agentliyini tənqid edib. Avtosfer.az "Ölkə.Az"a istinadən xəbər verir ki, rejissor bu barədə sosial şəbəkə hesabında yazıb: "Marketlərdə su 40 qəpikdir, lakin sizin maşınınız vardırsa, bu sizə 20 manat 40 qəpiyə başa gəlir... 40 qəpik marketə, 20 manat isə BNA-ya"

Qeyd edək ki, Kənan Mahmudov bir müddət əvvəl də, BNA kameralarının avtomobil nömrəsini çəkə bilməməsi üçün avtomobilinin yük yerinin qapısı açıq saxlamış və insanları da belə qanun pozuntusu törətməyə çağırmışdı.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh