Avtosfer.az | Reklam
Yük maşını toqquşduğu avtomobilin üstünə çıxdı: 1 ölü, 2 yaralı - FOTO
Avtosfer Foto 14 Sentyabr 2019 12:50 813 dəfə oxunub
Yük maşını toqquşduğu avtomobilin üstünə çıxdı: 1 ölü, 2 yaralı - FOTO
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırmalar aparılır

Türkiyənin Dənizli vilayətində yük maşınının və yüngül ticarət avtomobilinin iştirakı ilə baş verən yol qəzasında 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, insident ötən gün Dənzili-Antalya avtomagistralının Canqurtaran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, Nuru Qoçağın idarə etdiyi 20 ZY 014 dövlət nömrə nişanlı yük maşını idarəetmədən çıxaraq əks yola keçərək, Əhməd Səlçuq Dəmirin idarə etdiyi 06 BJG 670 dövlət nömrə nişanlı yüngül ticarət avtomobili ilə toqquşub. Toqquşmanın şiddətindən avtomobil yük maşınının altında qalıb. Qəzanı görənlər polis, səhiyyə və xilasetmə briqadalarına xəbər veriblər.

Hadisə yerinə gələn səhiyyə əməkdaşları yüngül ticarət avtomobilinə baxışı zamanı, sürücünün həyatını itirdiyini müəyyən ediblər. Yük maşınının sürücüsü ilə sərnişini xəsarətlər alaraq “təcili tibbi yardım” maşınları ilə xəstəxanaya çatdırılıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırmalar aparılır.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh