İmişlidə avtomobil aşdı: 2 nəfər xəsarət alıb

Qəzalar 14 Sentyabr 2019 18:21 Oxunub 873
İmişlidə avtomobil aşdı: 2 nəfər xəsarət alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

İmişlidə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə İmişil şəhər Xanhüseyn Bəylərov küçəsində qeydə alınıb. Belə ki, rayonun Şahverdili kənd sakini, 1991-ci il təvəllüdlü İmanov Cəlil Daşqın oğlu idarə etdiyi “VAZ-2101” markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib və maşın aşıb.  Qəza nəticəsində sürücü və həmkəndlisi olan sərnişin, 1941-ci il təvəllüdlü İsmayılov Cəbrayıl Cabbar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh