Şəki yol polisi "Diqqət uşaqlar!" aylığı çərçivəsində tədbir keçirib - FOTO

Yol polisi 14 Sentyabr 2019 18:48 Oxunub 1486
Şəki yol polisi "Diqqət uşaqlar!" aylığı çərçivəsində tədbir keçirib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tədbirlər mütəmadi olaraq davam etdiriləcək

DİN-in müvafiq göstərişinə əsasən, yeni dərs ilinin başlaması ilə əlaqədar küçə və yollarda hərəkətin intensivliyinin yüksələcəyini nəzərə alaraq sentyabr ayının 15-dən oktyabr ayının 15-dək respublika ərazisində “Diqqət Uşaqlar” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçiriləcək.

Respublikamızın ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması ilə əlaqədar küçə və yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyinin yüksək olduğu bir şəraitdə məktəblilərin təhlükəsizliyinin təmin edilməsi, xüsusilə uşaq və yeniyetmələrin yol hərəkəti ilə bağlı həyat və sağlamlıqlarının qorunması vacib məsələ kimi qarşıda durur.

14 sentyabr 2019-cu il tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev Şəki şəhəri ərazisində aylığın keçirilməsi barədə sürücülərin məlumatlandırılması məqsədi ilə tədbir keçirib. Tədbir zamanı 70 sürücü saxlanılaraq onlara maarifləndirici vərəqələr paylanmışdır. Sürücülərə təqdim edilən vərəqlərdə onların yaddaşlarını təzələmələri üçün, Yol Hərəkəti Haqqında Qanunun 54-cü maddəsi və Azərbaycan Respublikası İXM-nin 330.0.1 və 330.0.2-ci maddələri qeyd olunub.

Bu cür maarifləndirmə tədbirləri təhlükəsizlik aylığı ərəfəsində mütəmadi olaraq davam etdirilicək.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh