Yeni dərs ili ilə əlaqədar yol nişanları və piyada zolaqları yenilənir - FOTOLAR

Yol nişanları 14 Sentyabr 2019 19:14 Oxunub 4151
Yeni dərs ili ilə əlaqədar yol nişanları və piyada zolaqları yenilənir - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Rəngi solmuş piyada keçidləri isə yenidən rənglənib

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Qusar, Siyəzən və Şabran Rayon Polis Şöbələrinin Dövlət Yol Polisi Bölmələrinin və BDYPİ-nin “Siqnal” idarəsinin əməkdaşları tərəfindən yeni dərs ilinin başlanması ilə əlaqədar rayon ərazisində hərəkətin sıx olduğu küçə və prospektlərdə, eləcə də təhsil ocaqlarının yerləşdiyi ərazilərdə bir sıra təhlükəsizlik tədbirləri görülüb.

Azyaşlıların iştirakı ilə baş verə biləcək xoşagəlməz hadisələrinin qarşısının alınması istiqamətindən görülən tədbirlər zamanı yollarda quraşdırılmış köhnə və yararsız vəziyyətdə olan yol nişanları yeniləri ilə əvəz olunub, rəngi solmuş piyada keçidləri isə yenidən rənglənib. Bundan əlavə nəqliyyat axınının intensiv olduğu bir neçə küçələrdə yeni piyada solaqları da salınıb.

DYPB əməkdaşları tərəfindən təhsil müəssisələrində uşaqlarla yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədi ilə açıq dərslərin keçirilməsi də nəzərdə tutulub.

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh