Avtosfer.az | Reklam
“Piyada keçidi” üfuqi yol nişanlanma xətti bərpa edilib
Yol nişanları 14 Sentyabr 2019 19:19 307 dəfə oxunub
“Piyada keçidi” üfuqi yol nişanlanma xətti bərpa edilib
100-dən çox məktəbin ətrafında müvafiq işlərin görülməsi nəzərdə tutulub

Bakı Nəqliyyat Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, orta məktəblərin ətraflarında şagirdlərin və digər piyadaların təhlükəsizliyinin təmin edilməsi üçün mövcud piyada keçidlərinin yenilənməsi işləri davam etdirilir.

Son iki həftə ərazində 30-dan artıq məktəb binasının ətrafında “piyada keçidi” üfuqi yol nişanlanma xətti bərpa edilib. Ümumilikdə ayın sonunadək 100-dən çox məktəbin ətrafında müvafiq işlərin görülməsi, çatışmayan yol nişanlarının quraşdırılması nəzərdə tutulub.

Elmin

ŞƏRH YAZ
Ad
E-mail
Şərh