Polis də onların sevincinə qoşuldu - FOTOLAR

Yol polisi 14 Sentyabr 2019 19:28 Oxunub 1388
Polis də onların sevincinə qoşuldu - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Balacalar bu hədiyyələri sevinclə qəbul edərək dərslərini əla qiymətlərlə oxuyacaqlarına söz veriblər

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları övladları birinci sinifə gedəcək bir neçə aztəminatlı ailələrin sevincinə şərik olublar. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, şöbə əməkdaşları rayonda maddi cəhətdən imkanları zəif olan və qarşıdan gələn yeni dərs ilində övladlarına məktəbli geyimi və ləvazimatları almağa çətinlik çəkən ailələrin qonağı olublar. Polis əməkdaşları qonaq olduqları evlərdə ailələrin bu il birinci sinifə gedəcək azyaşlıları qarşıdan gələn 15 sentyabr-Bilik Günü münasibəti ilə təbrik edərək onlara geyim, çanta, çətir və gündəlik dərs ləvazimatları hədiyyə ediblər. Balacalar isə bu hədiyyələri sevinclə qəbul edərək, dərslərini əla qiymətlərlə oxuyacaqlarına söz veriblər.

Həmin ailələr Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən göstərilən diqqət və qayğıya görə Azərbaycan Polisinə öz təşəkkürlərini bildiriblər.

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh