Bakıda zəncirvari yol qəzası baş verib - FOTOLAR

Qəzalar 14 Sentyabr 2019 22:45 Oxunub 1194
Bakıda zəncirvari yol qəzası baş verib - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə yolda tıxaca səbəb olub

Bakıda zəncirvari yol qəzası baş verib.

Avtosfer.az “Report”a istinadən xəbər verir ki, qəza hava limanına gedən yolda qeydə alınıb. Belə ki, qəzada dörd avtomobil - “Lexus”,“Mercedes-Benz”, “VAZ-2106” və “Volkswagen” markalı avtomobillər toqquşub.

“Volkswagen” markalı “99-HT-985” dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü İbrahim Nağıyev deyib ki, qəza sıxlıq zamanı baş verib.

Hadisə şahidlərinin bildirdiyinə görə, qəzaya “VAZ-2106” markalı avtomobilin sürücüsü səbəb olub.

Qəzada xəsarət alan olmasa da avtomobillər ziyan dəyib. Hadisə yolda tıxaca səbəb olub.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh