Biləsuvarda ağır xəsarət alan 12 yaşlı yeniyetmə Bakıya gətirilib

Qəzalar 14 Sentyabr 2019 23:45 Oxunub 983
Biləsuvarda ağır xəsarət alan 12 yaşlı yeniyetmə Bakıya gətirilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib

Biləsuvar şəhərində, şəhər sakini 2007-ci il təvəllüdlü Xankişizadə Mahir Nağı oğlu yolu keçərkən avtomobil vurub.

Avtosfer.az “Report”a istinadən xəbər verir ki, yaralı əvvəlcə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Lakin 12 yaşlı yeniyetmənin vəziyyəti ağırlaşdıqdan sonra Bakıya, 1 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib. Uşağa kəllə-beyin və bədənin müştərək travması diaqnozu qoyulub.

Vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh