İranda avtomobil qəzası: 3 ölü, 6 yaralı

Qəzalar 14 Sentyabr 2019 23:50 Oxunub 1033
İranda avtomobil qəzası: 3 ölü, 6 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzaya səbəb “PK” avtomobilinin qarşı yola çıxması olub

İranın şimal-şərqində yerləşən Rəzəvi Xorasanı vilayətinin Quçan rayonunda “Rio” markalı avtomobil “PK” avtomobili ilə toqquşub.

Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bunu İranın Rəzəvi Xorasanı vilayətinin Quçan rayonu hüquq-mühafizə orqanının polis rəisi polkovnik Qədir Mesrxani deyib.

Q.Mesrxaninin sözlərinə görə, nəticədə 1 nəfər hadisə yerində, 2 nəfər isə xəstəxanada həlak olub.

Polis rəisi qəzada 6 nəfərin də yaralandığını və yaralıların xəstəxanaya çatdırıldığını deyib.

Polis rəsmisi bildirib ki, qəzaya səbəb “PK” avtomobilinin qarşı yola çıxması olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh