Binəqədi DYP məktəblərdə təbliğat işlərinə belə başladı - VİDEO - FOTO

Yol polisi 16 Sentyabr 2019 12:13 Oxunub 3946
Binəqədi DYP məktəblərdə təbliğat işlərinə belə başladı - VİDEO - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol polisi əməkdaşları müəlllimlər və valideynlərə təbliğat xarakterli söhbətlər aparıb

Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları yeni dərs ilinin başlanması ilə əlaqədar orta məktəblərdə maarifləndirici aksiyalar keçirib.  Avtosfer.az xəbər verir ki, DYP əməkdaşları Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanmış və maarifləndirici şüarlar əks olunan plakatları rayon ərazisindəki məktəblərin önünə vurub.

Yol polisi əməkdaşları müəlllimlər və valideynlərə təbliğat xarakterli söhbətlər aparıb. Yol hərəkəti qaydaları şagirdlərə izah edilib. Valideynlərə tövsiyə olunub ki, avtomobillərini məktəblərin önündə saxlamasınlar. 

Şagirdlərə yol polisi tərəfindən hazırlanmış maarifləndirici kitabçalar, müxtəlif hədiyyələr verilib. 

 

Orxan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh