Qayda pozan sürücü polislərə tabesizlik göstərdi və... - FOTO

Avtoreyd 15 Sentyabr 2019 02:34 Oxunub 2983
Qayda pozan sürücü polislərə tabesizlik göstərdi və... - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
10 gün müddətinə inzibati qaydada həbs olunub

Dünən saat 12:10 radələrində, Nobel prospektind, 99 KP 432 dövlət qeydiyyat nişanlı, “Honda Civic” markalı avtomobildə konstruksiya dəyişikliyi edildiyi üçün 99 YP 426 patrul avtomaşını tərəfindən saxlanılıb. Avosfer.az xəbər verir ki, sürücüyə pozduğu qayda pozuntusu izah olunduqdan sonra avtomobilin müvəqqəti duracağa aparılması bildirilib. Lakin sürücü polisin qanuni tələbə tabe olmayaraq avtomaşını dayanacağa aparmayacağını deyib.

Əraziyə 99 YP 428 dövlət nömrə nişanlı patrul avtomobilində xidmət aparan əməkdaşlar yaxınlaşıb. Onlar da sürücünü qanunun tələblərinə əməl etməyə dəvət ediblər. Lakin sürücü bu dəfə də imtina edib.

YPX əməkdaşları Xətai RPİ PPX bölüyünün əməkdaşları hadisə yerinə dəvət ediblər. Sürücü PPX əməkdaşlarına da tabesizlik göstərərək avtomaşından düçməyib.

Xətai rayon Polis İdarəsinin 37-ci polis bölməsinin əməliyyat qrupu əraziyə dəvət olunub. Lakin sürücü bu dəfə də tabesizlik göstərib. Sonda polis əməkdaşları sürücünü məcburi qaydada avtomobildən düşürüb polis bölməsinə gətiriblər. Sürücü barəsində toplanmış materiallar Xətai rayon Məhkəməsinə təqdim edilib. Məhkəmənin qərarı ilə o, 10 gün müddətinə inzibati qaydada həbs olunub.

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh