Avtobus sürücüsü sərnişinlərin həyatı ilə belə oynayır - VİDEO

Qaydalar 15 Sentyabr 2019 09:55 Oxunub 3432
Avtobus sürücüsü sərnişinlərin həyatı ilə belə oynayır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Burada qaydalar tez-tez pozulur

İçi sərnişin dolu avtobusun sürücüsü iki kobud qayda pozuntusu törətməklə həm özünün, həm də digərlərinin həyatını təhlükəyə atır. 205 saylı marşurut avtobusu sürücüsünün bu təhlükəli hərəkətləri Səbail rayonu Bibiyehbət qəsəbəsində yerləşən məscidin qabağında çəkilib. Avtosfer.az xəbər verir ki, sərnişinlər bu ərazidə qaydanın tez-tez pozulduğunu bildirir və sürücülərin 20 -ci sahəyə daha qısa yolla çatmaq üçün bu addımı atdığlarını bildirirlər.

Məsələ ilə bağlı marşurut avtobusunun xəttinin nəzarətçiləri ilə əlaqə saxlamağa çalışsaqda bu mümkün olmadı. Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev isə bildirir ki, əslində həmin marşurut xəttinin yolu tamamı ilə təhlükəsiz ərazidən və yol hərəkəti qaydaları uyğun təyin edilib. Məsələ ilə bağlı xəttin sahibi Agentliyə çağrılacaq və lazımi tədbir görüləcək. Sürücünün inzibati qayda da cərimələnməsi isə yol polisinin səlahiyyətindədir.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh