75 yaşlı taksi sürücüsü 7 piyadanı vurdu: polisə qəza anını xatırlamıram dedi

Qəzalar 15 Sentyabr 2019 11:15 Oxunub 1749
75 yaşlı taksi sürücüsü 7 piyadanı vurdu: polisə qəza anını xatırlamıram dedi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisəni törədən qoca saxlanılıb

Yaponiyada taksinin piyadaların üzərinə sürülməsi nəticəsində 7 nəfər xəsarət alıb. Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, insident ötən gün yerli saatla 21.20-də Naqoya şəhərində qeydə alınıb. Bu barədə NHK telekanalı məlumat yayıb. Şahidlərin bildirdiyinə görə, avtomobil anidən səkiyə tərəf istiqamətlənib və səkidə hərəkət edən bir qrup piyadaya çırpılıb. Hadisədə yaralılardan birinin vəziyyəti ağır qiymətləndirilib. Artıq polis 75 yaşlı taksi sürücüsünü saxlayıb. O, sorğu-sual zamanı, qəza anını xatırlamadığını bildirib.

Araşdırma aparılır.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh