6 milyonluq “Amerika” adlı sənət əsəri oğurlanıb - FOTO

Gündəm 15 Sentyabr 2019 12:16 Oxunub 1919
6 milyonluq “Amerika” adlı sənət əsəri oğurlanıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əsər 18 karatlıq tamamilə tökmə qızıldan hazırlanıb

Böyük Britaniyada, Uiniston Çerçillin də anadan olduğu Blenhaym sarayıdan dəyəri təxminən 6 milyon dollar olan qızıl unitaz oğurlanıb.

Avtosfer.az “TASS”a istinadən xəbər verir ki, insident ötən gün Oksfordşir qraflığında baş verib.

Daha əvvəl İngiltərə mediası, 18 karatlıq tamamilə tökmə qızıldan hazırlanmış unitazın dəyərinin 1.2 milyon olduğunu yazmışdı. Lakin saray idarəçisi, əslində bu rəqəmin beş dəfə çox olduğunu söyləyib.

Oğurlanmış unitaz, italiyalı rəssam-konseptual Maurisio Kattelana tərəfindən ərsəyə gətirilib. O, əsərini “Amerika” adlandırmışdı.

Unitaz sarayda art-obyekt funksiyasını yerinə yetirib. Əşya həm rəsm sərgilərində nümayiş etdirilib, eyni zamanda da ondan ehtiyac üçün istifadə edilib.

Kanalizasiya sisteminə qoşulmuş unitazın oğurlanması nəinki maddi ziyana, hətta sarayı çirkab suyunun basmasına da gətirib çıxarıb.

Hazırda polis 66 yaşlı təqsirləndirilən şəxsi yaxalasa da, sənət əsri hələ də tapılmayıb.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh