İsmayıllıda ayı yerli sakini öz həyətində parçalayıb

Gündəm 15 Sentyabr 2019 14:50 Oxunub 1667
İsmayıllıda ayı yerli sakini öz həyətində parçalayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yırtıcı qaçaraq həyəti tərk edib

İsmayıllı rayonunda yerli sakin ayının hücumuna məruz qalıb. Avtosfer.az-ın "Report"a istinadən xəbər verir ki, hadisə 1950-ci il təvəllüdlü Xanagah kənd sakini Rəsulov İsmayıl Yaqub oğlu yaşadığı evin həyətyanı sahəsində itburnu yığarkən baş verib. Qəflətən ayının hücumuna məruz qalan yerli sakin göz, üz, əl və kürək nahiyəsindən xəsarət alıb. İ.Rəsulov təcili olaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. O, çoxlu qan itirsə də, həkimlərin səyi nəticəsində vəziyyəti yaxşılaşıb.

Hadisə zamanı İ.Rəsulovun ailə üzvləri səs-küy salaraq onu ayının pəncəsindən xilas edə biliblər. Yırtıcı qaçaraq həyəti tərk edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh