Yol polisindən məktəblilərə mənəvi dəstək - FOTO - VİDEO

Yol polisi 16 Sentyabr 2019 11:43 Oxunub 3809
Yol polisindən məktəblilərə mənəvi dəstək - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Görüşlər zamanı maraqlı anlar yaşanıb

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov ilə birlikdə Avtosfer.az komandası məktəblərə tədbirlərə getmişdik. Görüşlər zamanı maraqlı anlar yaşandı. Vaqif müəllim özü sadə bir insandır. Bunu yəqin ki, onu tanıyanların hamısı bilir. Gördüyü uşaqların hamısına kiçik də olsa hədiyyə verdi. Hətta yolda valideyni ilə gedən uşaqları saxlayıb kitab hədiyyə edirdi.

Sabunçu rayonunda yerləşən məktəbin önündə bir dəstə uşaq oturmuşdu. Oynamağa gəlmişdilər. Vaqif Əsədov onları çağırıb hərəsinə bir kitab verdi. Məlum oldu ki, Zəngilan rayonundan olan məcburi köçkün uşaqlardır. Sonra YPX maşının yük yerindən bir top çıxardıb onlara hədiyyə elədi. Bütün bunların heç biri əvvəlcədən düşünülmüş ssenari deyil. Buna əmin ola bilərsiniz. Biz də Avtosfer.az olaraq bu hadisələri qeydə aldıq. Sonda isə belə bir video ortaya çıxdı.

 

Orxan Əli

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh