Aston Martin DBX modelinin yeni tizerini dərc edib - VİDEO

Avtoxəbər 15 Sentyabr 2019 20:10 Oxunub 1140
Aston Martin DBX modelinin yeni tizerini dərc edib - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DBX Pirelli şirkətinin Şimal qütbündəki poliqonunda qar və buzla örtülü olan səthdə sınanıb

Aston Matin şirkəti ilk seriya krossoveri olan DBX modelinin növbəti tizerini dərc edib. Dərc edilmiş videoçarxda krossoverin xarici görünüşü ətraflı şəkildə təsvir edilib.

İstehsalçının YouTube kanalında dərc edilmiş videotizer, Ceyms Bond haqqında çəkilmiş filmlərin başlanğıc səhnələrinin üslubunda hazırlanıb. Görüntülərdə Aston Martin DBX konseptinə bənzəyən gələcək krossoverin dizaynı açıq-aydın görünür. Xatırladaq ki, 2015-ci ildə Cenevrə avtosalonunda debüt etmiş DBX prototipi ikiqapılı olsa da, seriya variantı dörd qapıya sahib olub.

Aston Martin DBX modelinin prototiplərinin sınaqlarına keçən ilin payızından başlanıb. Noyabr ayında prototip Şimali Uelsə yollanaraq ralli çempionatının trasında sınaqlardan keçib.

Bu ilin mart ayında isə, DBX Pirelli şirkətinin Şimal qütbündəki poliqonunda qar və buzla örtülü olan səthdə sınanıb. Avtomobili soyuq hava şəraitində sınayaraq, onun asqı və tam çəkiş sistemini yolla minimal ilişmə olan şəraitə uyğun olaraq tənzimləyiblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh