Qazaxıstanda qatar avtobusla toqquşub, 2 nəfər ölüb, 9 nəfər yaralanıb

Gündəm 15 Sentyabr 2019 20:19 Oxunub 728
Qazaxıstanda qatar avtobusla toqquşub, 2 nəfər ölüb, 9 nəfər yaralanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə yerinə xilasedicilər göndərilib

Bu gün Qazaxıstanda sərnişin qatarı avtobusla toqquşub.

Avtosfer.az APA-ya istinadən verdiyi məlumata görə, hadisə yerli vaxtla saat 19.20 radələrində Yekağerinburq-Almatı avtomobil yolu yaxınlığında, Şamalqan dəmir yolu stansiyasında baş verib.

Qatar dəmir yolu keçidində relslər üzərində dayanmış avtobusa çırpılıb. İlkin məlumata görə, 2 nəfər ölüb, 9 nəfər yaralanıb.

Hadisə yerinə xilasedicilər göndərilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh