Bu dəfə “qırmızı”dan avtomobil yox, piyada keçdi, özü də iki dəfə - VİDEO

Avtosfer TV 16 Sentyabr 2019 07:34 Oxunub 1584
Bu dəfə “qırmızı”dan avtomobil yox, piyada keçdi, özü də iki dəfə - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ancaq, ikincisində bəxti gətirmədi

Rusiyada eyni anda hərəkət qaydalarını 2 dəfə pozan piyadanı avtomobil vurub. Avtosfer.az xəbər verir ki, hadisənin kadrları təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Görüntülərdə, piyadaların hərəkəti üçün işıqforun qırmızı işığının yandığı və 17-18 yaşlarında olan bir qızın buna məhəl qoymayaraq keçdiyi görülür. Bu zaman sağdan gələn bir avtomobilin sürücüsü piyadanı anında fərq edərək manevr edə bilir.

Bundan sonra da qayda pozan qız, yolu keçərək səki ilə yox, məhz nəqliyyat vasitələrinin hərəkət etdiyi zolaqla digər piyada keçidinə tərəf üz tutur.

O, yenə də piyada keçidinin qırmızı işığından, qaça-qaça keçməyə cəhd göstərib. Lakin, bu dəfə bəxti gətirməyib, sağdan gələn başqa bir avtomobil onu vuraraq yerə sərib.

Məlumata görə, qız xəsarətlər alıb. Ancaq yaraların hansı dərəcədə və vəziyyətinin necə olması məlum deyil.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh