Taksi sürücüsü piyada keçidində yaşlı kişini belə vurub öldürdü – REAL VİDEO

Avtosfer TV 16 Sentyabr 2019 08:49 Oxunub 4114
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Geriyə verərək ikinci dəfə onu təkərin altında qoyur

Bakıda baş vermiş ağır yol-nəaliyyat hadisəsi kameraya düşüb. Avtosfer.az xəbər verir ki, yaşlı kişi piyada keçidindən keçir. Bu zaman sağa dönən taksi sürücüsü gəldiyi sürətlə kişinin üstündən keçir. Daha sonra isə geriyə verərək ikinci dəfə onu təkərin altında qoyur. Hadisə nəticəsində piyada yerindəcə həyatını itirir.

Qeyd edək ki, sağa və sola dönən zaman sürücü yolu keçən piyadaya yol verməlidir. Həmçinin piyada keçidi olduğunu nəzərə alsaq sürücü mütləq şəkildə avtomobilin sürətini azaltmalı və dayandırmalı idi. Videonu təqdim edirik:

 

Orxan Əli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh