Taksi sürücüsü qadın sərnişini vəhşicəsinə döydü - VİDEO

Avtosfer TV 16 Sentyabr 2019 11:07 Oxunub 1601
Taksi sürücüsü qadın sərnişini vəhşicəsinə döydü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tərəflər polis çağıraraq bir-birindən şikayətçi olublar

Türkiyənin Bolu vilayətində taksi sürücüsü qadın sərnişini döyüb. Avtosfer.az xəbər verir ki, insident ötən axşam Koroğlu məhəlləsi Uğur Mumcu parkı qovşağı istiqamətində qeydə alınıb.

Məlumata görə, qadın sərnişin mindiyi taksinin sürücüsünə əsəbiləşərək aşağı enib və maşının yan şüşəsini qırıb. Bundan sonra qadının hərəkətlərinə hirslənən sürücü onu şillə-təpiklə döyməyə başlayıb. Vəziyyəti görən avtobusdakı bir neçə şəxs davaya müdaxilə edərək onları ayırıblar. Daha sonra tərəflər polis çağıraraq bir-birindən şikayətçi olublar.

O anlar isə bir vətəndaş tərəfindən mobil telefon vasitəsilə çəkilib.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh