Əyləci xarab olan yük maşını marşrut avtobusuna çırpıldı: 9 nəfər xəsarət alıb - FOTO

Avtosfer Foto 16 Sentyabr 2019 11:57 Oxunub 1667
Əyləci xarab olan yük maşını marşrut avtobusuna çırpıldı: 9 nəfər xəsarət alıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis araşdırmalara başlayıb

İstanbulda yük maşınının və sərnişin avtobusunun iştirakı ilə baş verən yol qəzasında 9 nəfər yaralanıb. Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, insident Ümraniyə rayonunun Nəcib Fazil bulvarı istiqamətində qeydə alınıb.

Məlumat görə, əyləcində nasazlıq yaranan yük maşını, Fərhadpaşa-Çamlıca marşrutu ilə hərəkət edən 34 SNV 48 qeydiyyat nömrə nişanlı sərnişin avtobusuna çırpılıb. Qəzanın şiddətindən avtobus idarəetmədən çıxaraq divara dəyib.

Ətrafdakı insanların çağırışı ilə hadisə yerinə xeyli sayda polis və səhiyyə briqadaları gəlib.

Avtobusda olan 8 sərnişinlə birgə yük maşınının sürücüsü, müxtəlif dərəcəli bədən xəsarətləri ilə ambulanslarla xəstəxanaya çatdırılıblar.

Hadisə şahidləri, yük maşını siqnala basaraq əvvəlcə iki nəqliyyat vasitəsini, daha sonra da eşitməyərək manevr edən avtobusu vurduğunu söyləyiblər.

Polis araşdırmalara başlayıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh