Minik avtomobillərinin istehsalı 4,8 dəfə artıb

Avtoxəbər 16 Sentyabr 2019 16:41 Oxunub 1208
Minik avtomobillərinin istehsalı 4,8 dəfə artıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu ilin yanvar-avqust aylarında

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 204,2 mln manatlıq məhsul istehsal edilib. Avtosfer.az DSK-ya istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 4,6% artıb, sair nəqliyyat vasitələrinin istehsalı 14,3%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 34,5% azalıb.

Belə ki, dövr ərzində ölkədə 863 ədəd traktor istehsal edilib ki, bu da ötən ilin 8 ayı ilə müqayisədə 11,7% azdır. Nəticədə, bu ilin sentyabrın 1-nə 364 ədəd məhsul ehtiyatı yaranıb.

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 1 496 ədəd minik avtomobili istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,8 dəfə çoxdur. Nəticədə, bu ilin sentyabrın 1-nə 227 ədəd məhsul ehtiyatı yaranıb.

Bu il fəvvarə armaturunun istehsalı 29,9%, ştanqlı quyu nasoslarının istehsalı 54,5%, mancanaq dəzgahlarının istehsalı 20,1% artıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh