Bakıda binaların dam örtükləri təmir olunur - FOTO

Gündəm 16 Sentyabr 2019 15:03 Oxunub 1533
Bakıda binaların dam örtükləri təmir olunur - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yay aylarından etibarən mərhələli şəkildə onların təmirinə başlanılıb

Paytaxt Bakı şəhərində qışa hazırlıq tədbirləri çərçivəsində çoxmənzilli yaşayış binalarının dam örtüklərinin, blokların təmiri işləri davam edir. Bakı Şəhər Mənzil Kommunal-Təsərrüfatı Departamentindən verilən məlumata görə Prezident İlham Əliyevin çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı tapşırığının icrası və həmçinin paytaxtda payız-qış mövsümünə hazırlıqla bağlı təsdiq edilmiş tədbirlər planına əsasən hazırda Xəzər rayonun təmirə ehtiyacı olan dam örtükləri olan binalar müəyyən edilərək yay aylarından etibarən mərhələli şəkildə onların təmirinə başlanılıb. Işlər şərçivəsində binaların dam örtükləri dəyişdirilir, həmçinin bloklarda pəncərələrin şüşələri salınır, giriş qapıları təmir olunur. Xəzər rayonunda bu işlər Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal-Təsərrüfatı Departamenti və Xəzər Rayon İcra Hakimiyyətinin struktur bölmələri tərəfindən həyata keçirilir. 
 

Fidan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh