Paytaxtda “manatlıq taksi”lərin sürücülərindən narazılıqlar artır - DYP

Qaydalar 16 Sentyabr 2019 15:44 Oxunub 2133
Paytaxtda “manatlıq taksi”lərin sürücülərindən narazılıqlar artır - DYP
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vaqif Əsədov: "Taksi fəaliyyəti qanun çərçivəsində həyata keçirilməlidir"

Sumqayıtdan Bakıya və Bakıətrafı digər ərazilərdən şəhərin müxtəlif metrostansiyalarına hər sərnişinə görə bir manat müqabilində (toplam dörd sərnişin) qeyri-qanuni yolla sərnişin daşıyan taksilərin sayı artmaqdadır. Bununla bağlı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, “bir manatlıq taksi” adı altında sərnişin daşıyanlar şəhər sakinlərinin təhlükəsizliyi baxımından ciddi narahatlıq doğurur və bununla bağlı tədbirlər görüləcək:

“Sürücü “çörək pulu” qazanmaq adı ilə bu variantlara əl atır, lakin taksi fəaliyyəti qanun çərçivəsində həyata keçirilməlidir. Daxil olan məlumatlardan da görünür ki, bu tendensiya paytaxtın müxtəlif ərazilərində artmaqdadır. Bəzən “1 manatlıq” taksi fəaliyyəti ilə məşğul olan sürücülərin qeyri-etik davranışları, dayanma-durma qaydalarını pozması və bəzən avtomobili sərxoş halda idarə etməsi faktları var”.

 

Bakucity.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh