Şamaxı yolunda "RAV 4" aşdı: ölən və yaralanan var

Qəzalar 16 Sentyabr 2019 16:46 Oxunub 1247
Şamaxı yolunda "RAV 4" aşdı: ölən və yaralanan var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Bakı-Şamaxı yolunda ağır yol qəzası baş verib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini - 1967-ci il təvəllüdlü Alıyev Arif Mustafa oğlu idarə etdiyi "RAV 4" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarındakı dirəyə çırpılaraq aşıb. Sürücü hadisə yerində ölüb, sərnişini - Şamaxı rayon sakini İsayev Əbilxan Şahib oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh