Sürücü yolda ürək tutmasından öldü: maşın dərəyə yuvarlandı - VİDEO

Avtosfer TV 16 Sentyabr 2019 16:49 Oxunub 2128
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə yerinə YPX Alayının 10-cu tağımının komandiri, polis mayoru Qulu Quliyev və tağımın əməkdaşları gəliblər

Bu gün günorta saat 14:10 radələrində Ələt-Astara-İran sərhəddi yolunda hərəkətdə olan 50 CG 162 dövlət nömrə nişanlı, "Mitsubishi" markalı avtomobilin sürücüsü 1952-ci il təvəllüdlü Əliağa Cəfərov sükan arxasında ürəktutmasından vəfat edib. Nəticədə avtomobil aşaraq yolun kənarına düşüb. Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin, Yol Patrul Xidməti Alayının 10-cu tağımının komandiri, polis mayoru Qulu Quliyev və tağımın əməkdaşları gəliblər.

Hadisə şahidi Akif Salmanov məlumat verib ki, sürücünün yanında həyat yoldaşı olub. O, yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib. 

Qulu Quliyev Avtosfer.az-a bildirib ki, hadisə barədə araşdırma aparılır.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh