BNA "yarışa çıxan" sürücülər barəsində tədbir gördü - VİDEO

Gündəm 16 Sentyabr 2019 19:03 Oxunub 1792
BNA "yarışa çıxan" sürücülər barəsində tədbir gördü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təhlükəsizlik qaydalarına əməl etməyənlərə qarşı ciddi tədbirlər görüləcək

Sosial şəbəkələrdə 40 və 204 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobus sürücülərinin yol hərəkəti qaydalarını kobud pozaraq sərnişinlər və digər hərəkət iştirakçılarının həyatı üçün təhlükə yaratması ilə bağlı yayılan video dərhal nəzarətə götürülüb.
Araşdırma zamanı 204 nömrəli müntəzəm marşrut xətti üzrə 10-TG-775 DQN avtobusun sürücüsünün Ələkbərov Asəf Musa olduğu müəyyən edilib. Dərhal daşıyıcı və sürücü BNA-ya çağırılaraq izahatının alınması təmin edilib. Nəqliyyat vasitəsi müvəqqəti olarq xətdən kənarlaşdırılıb. Sürücü yol verdiyi kobud qayda pozuntusuna görə daşıyıcının müvafiq əmri ilə işdən azad edilib. 
40 nömrəli avtobusun DQN nörməsini görüntülərədən müəyyən edilməsi mümkün olmayıb. Hazırda digər vasitələrlə süücünün şəxsiyyətinin müəyyən edilməsi istiqamətində iş aparılır.
Bir daha qeyd edirik ki, sərnişindaşımada qoyulan tələblərə, o cümlədən, təhlükəsizliklə bağlı qaydalara əməl etməyənlərə qarşı ciddi tədbir görüləcək.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh