Avtosfer.az | Reklam
Nazir: "Qəsdən adamöldürmələr 13,8, adamöldürməyə cəhdlər 18,5 faiz azalıb"
Gündəm 16 Sentyabr 2019 20:09 312 dəfə oxunub
Nazir: "Qəsdən adamöldürmələr 13,8, adamöldürməyə cəhdlər 18,5 faiz azalıb"
Bunu Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Kollegiya iclasında çıxışı zamanı deyib

"Bu ilin 8 ayında asayişin və ictimai təhlükəsizliyin təmini ilə bağlı qarşıya qoyulmuş vəzifələr bütövlükdə layiqincə yerinə yetirilib, cinayətkarlıqla mübarizədə, insan hüquq və azadlıqlarının qorunmasında əldə olunan müsbət nəticələr hesabat dövründə də qorunub-saxlanılıb".

Avtosfer.az xəbər verir ki, bunu Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Daxili İşlər Nazirliyində “Mülkiyyət əleyhinə olan cinayətlərin və qeyri-aşkar şəraitdə baş vermiş xırda talamaların qarşısının alınması və açılması”nın, həmçinin “Polis sahə rəisləri və inspektorları tərəfindən inzibati qanunvericiliyin tətbiqi sahəsində görülmüş işlər”in vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunan Kollegiya iclasında çıxışı zamanı deyib.

Nazir 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 8 ayında qəsdən adamöldürmələrin 13,8, adamöldürməyə cəhdlərin 18,5, qəsdən sağlamlığa ağır zərərvurmaların 1,8, odlu silahın tətbiqi ilə törədilən cinayətlərin 7,5, mülkiyyət əleyhinə olan cinayətlərin 12,2, o cümlədən quldurluqların 7, hədə-qorxu ilə tələb etmələrin 19, dələduzluqların 27 faiz azaldığını, habelə cinayətlərin açılmasının yüksək olduğunu qeyd edib.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh