Qaxda ağır qəza baş verib: nənə və 9 yaşlı nəvəsi xəsarət alıb - FOTO

Gündəm 17 Sentyabr 2019 08:45 Oxunub 1019
Qaxda ağır qəza baş verib: nənə və 9 yaşlı nəvəsi xəsarət alıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Qax rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın “Report"a istinadən məlumatına görə, qəza axşam saatlarında Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, rayon sakininin idarə etdiyi “TT-348-HH” Gürcüstan dövlət qeydiyyat nişanlı "Mercedes"markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan Qax rayon sakini Elvin Osmanovun idarə etdiyi “VAZ-21099" markalı avtomobili arxadan vurub.

Nəticədə "VAZ"da olan sürücünün anası, 51 yaşlı Bəsti Osmanova və onun nəvəsi 9 yaşlı Nurlan Osmanlı müxtəlif bədən xəsarətləri alıblar. Onlar Qax rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh