Kürdəmirdə yük maşını piyada qadını vurub - VİDEO

Qəzalar 17 Sentyabr 2019 09:16 Oxunub 1986
Kürdəmirdə yük maşını piyada qadını vurub - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Kürdəmir rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə Bakı -Qazax yolunun rayonun Muğanlı kəndindən keçən hissəsində qeydə alınıb.

Kürdəmirdə məskunlaşmış Laçın rayonundan olan məcburi köçkün 1981-ci təvəllüdlü Səlimova Gülnaz Muğan qızı yolu keçmək istəyərkən onu Türkiyə vətəndaşı, Ümüd adlı sürücünün idarə etdiyi “Mercedes” markalı yük maşını vurub.

Ağır bədən xəsarətləri alan yaralı dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh