Bakıda sərnişin avtobusu ilə minik avtomobili toqquşub

Qəzalar 17 Sentyabr 2019 09:47 Oxunub 1250
Bakıda sərnişin avtobusu ilə minik avtomobili toqquşub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Bakının Binəqədi rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Memar Əcəmi metrosu yaxınlığında qeydə alınıb. Belə ki, 165 saylı sərnişin avtobusu ilə "VAZ 2106" markalı avtomobil toqquşub.

Qəzada 20 yaşlı Həbiyeva Leyla Həbib qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol bud və sol çiyinin yumşaq toxumalarının əzilməsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh