Şirvanda avtomobil beton dirəyə çırpıldı: 4 nəfər xəsarət alıb - FOTO

Qəzalar 17 Sentyabr 2019 20:17 Oxunub 1100
Şirvanda avtomobil beton dirəyə çırpıldı: 4 nəfər xəsarət alıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı Şirvan polis şöbəsi tərəfindən araşdırma aparılır

Şirvanda baş verən yol qəzasında xəsarət alan şəxslərin adları məlum olub. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, Cavadov Abuzər Kamal oğlunun idarə etdiyi “VAZ-2107” markalı,  90 KB 081 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq beton dirəyə çırpılması nəticəsində 4 nəfər Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.

Onlardan Sabirabad rayonu Qaraağac kənd sakini, 1972-ci il təvəllüdlü Süleymanov Cavid Əsgər oğlu kəllə-beyin travması ilə reanimasiya şöbəsinə, digərləri - Sabirabad sakini, 2001-ci il təvəllüdlü Güloğlanov İsmayıl Cavad oğlu, Şirvan sakinləri, 2003-cü il təvəllüdlü Cavadov Musa Abuzər oğlu və 2008-ci il təvəllüdlü Cavadov Məhəmməd Abuzər oğlu  travmatologiya şöbəsinə yerləşdiriliblər.

Qəza törədən sürücünün sərxoş olduğu və hadisə yerindən qaçdığı bildirilir.

Faktla bağlı Şirvan polis şöbəsi tərəfindən araşdırma aparılır.

 

*** Saat 16:36

 

Şirvanda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə bu gün saat 16.00 radələrində Şirvan şəhəri G.Şıxbalaoğlu küçəsində qeydə alınıb. “VAZ-2107” markalı,  90 KB 081 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq beton dirəyə çırpılıb. Qəza nəticəsində 4 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh